Yaponiya nüvə silahının qadağan olunması ilə bağlı BMT-nin keçirəcəyi iclasda iştirak etməyəcək

Tokio, 18 fevral, /AJMEDIA/

Yaponiya hökuməti BMT-nin nüvə silahının qadağan edilməsinə dair iclasında iştirak etməyəcək.

AJMEDIA Kyodo xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bildirib. O qeyd edib ki, nüvə silahına malik dövlətləri cəlb etmədən bu fikirləri həyata keçirmək olduqca çətin məsələdir.

Bu il ABŞ-ın Xirosima və Naqasakiyə nüvə bombası atmasının 80-ci ildönümü olduğu üçün hökumət dəfələrlə iclasda iştirak etməyə çağırılıb.

BMT-nin Silahsızlanma Məsələləri üzrə Ofisindən verilən məlumata görə, BMT-nin bu iclası martın 3-7-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək, Qazaxıstan prezident kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, 1945-ci ildə Xirosima və Naqasakinin bombalanması təxminən 210 min insanın ölümünə səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts