Yaponiya indiyədək Ukraynaya 7,6 milyard dollarlıq yardım edib

Tokio, 24 may , /AJMEDIA/

Yaponiya hökuməti indiyə qədər Ukraynaya 7,6 milyard dollarlıq humanitar, ərzaq, maliyyə və digər yardımlar ayırıb.
AJMEDIA xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi yardımın həcmini i parlamentin aşağı palatasının büdcə komitəsində çıxışı zamanı açıqlayıb.
O, həmçinin ukraynalı minatəmizləmə mütəxəssislərinin hazırlanması xərclərinin də maliyyə yardımına daxil edildiyini söyləyib. Nazirin sözlərinə görə, Ukraynadan olan nümayəndə heyəti hazırda Yaponiyadadır və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, dağılmış infrastrukturun bərpası təcrübəsi ilə tanış olur.
Tokio may ayında Kiyevə 100 hərbi yük maşını və əsgərlər üçün 30 min ədəd ərzaq rasionu vermək, həmçinin yaralı ukraynalı hərbçiləri müalicəsini həyata keçirmək barədə qərar qəbul edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts