Yaponiya İmperatoru Yeni ilin gəlişi münasibətilə videomüraciətlə çıxış edib

Tokio, 1 yanvar, /AJMEDIA/

Yeni ilin gəlişi münasibətilə Yaponiya xalqına videomüraciət ünvanlayan İmperator Naruhito koronavirus pandemiyasından əziyyət çəkənlərə dəstəyini ifadə edib.

AJMEDIA xəbər verir ki, dekabrın 31-də Yaponiya İmperatoru Naruhito və İmperatriçə Masako yapon xalqına videomüraciətlə çıxış ediblər.

Bu ikinci dəfədir ki, İmperator cütlüyü Yeni il təbrikini kütləvi çıxışla deyil, videomüraciət şəklində yayır. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə İmperator ailəsi artıq ikinci ildir ki, sarayda kütlə qarşısında yeni il təbrikindən imtina edir.

İmperator çıxışında bildirib ki, pandemiya səbəbindən insanların əksəriyyətinin öz iş yerlərini itirməsi və çətinliklərlə qarşılaşması onu ruhən sarsıdır. Monarx əmin olduğunu bildirib ki, çox saylı isti ürəklər ehtiyacı olanlara yardım edəcək.

İmperator, həmçinin Yaponiyanın pandemiyanın dərslərindən düzgün nəticə çıxaracağına ümidvar olduğunu da vurğulayıb. Əminliklə bildirib ki, yapon xalqı virusun yayılmasının qarşısını almaq üçün bir-birini dəstəkləyərək bu çətin günləri arxada qoyacaq.

Son günlərin soyuq hava şəraitinə toxunan İmperatriçə isə, öz çıxışında ağır hava şəraitinin ziyan vurduğu insanların yanında olduqlarını bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts