Yaponiya iki ildir bağlı saxladığı sərhədlərini əcnəbi turistlər üçün açmağa qərar verib

Tokio, 10 iyun , /AJMEDIA/

İyunun 10-da Yaponiya koronavirus səbəbindən son iki ildə bağladığı sərhədləri turistlər üçün açmağa qərar verib.
AJMEDIA xəbər verir ki, Yaponiya hökuməti COVID-19 virusunun yayılmasının daha az riskinə malik olan 98 ölkədən turistlərin gəlişinə icazə verib. Bu ölkələr sırasında ABŞ, Avropa ölkələri, Cənubi Koreya, Çin ilə yanaşı Azərbaycan da var. Həmin ölkələrdən gələn qrup üzvləri test verməkdən və özünütəcriddən azad ediləcəklər.
Bununla yanaşı, ölkəyə gələn əcnəbi turistlərin sayına qoyulan gündəlik limit 20 min həddində müəyyən edilib. Həmin rəqəmin iyulun 1-dən 30 minə qaldırılacağı gözlənilir. Turistlərin paket turlar çərçivəsində hərəkət etməsi virusun yayılmasının qarşısını almağa kömək edəcək.
Yaponiya Turizm Agentliyinin şərtlərinə əsasən, ölkəyə gələn turistlər maska taxmaları və tibbi səyahət sığortasına malik olmalarıdırlar. Həmin qaydalara əməl etməyənlərə turlara qatılmaq icazəsi verilməyəcək.
Bildirilir ki, sərhədlərin əcnəbi turistlər üçün açılması Yaponiya iqtisadiyyatının bərpasına mühüm təsir göstərəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts