Yaponiya hökuməti KXDR tərəfindən buraxılan raketin heç bir zərər vurmadığını bildirib

Tokio, 17 yanvar, /AJMEDIA/

Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yanvarın 17-də buraxılan raket nəticəsində Yaponiyanın hava və dəniz gəmilərinə zərər dəyməyib.

AJMEDIA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bu gün keçirilən mətbuat konfransı zamanı bildirib.

“İndiyə qədər biz Yaponiyanın dəniz və hava gəmilərinə hər hansı zərərin dəyməsini qeydə almamışıq”, – deyə baş katib qeyd edib. Onun sözlərinə görə, Yaponiya hazırda buraxılışla bağlı məlumatın təhlilini davam etdirir. Baş katib, həmçinin raketin uçuş hündürlüyü və düşmə yerindən əlavə başqa məlumat verməyib.

Yaponiya Sahil Mühafizəsi Xidməti yanvarın 17-də KXDR tərəfindən ballistik raketin sınağı barədə məlumat yayıb. Onun Yapon dənizinə düşdüyü bildirilir.

Qeyd edək ki, bu, KXDR-in yeni il başlayandan bəri artıq dördüncü raket sınağıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts