Yaponiya hökuməti işgüzar səfərlər üçün karantin müddətini azaldacaq

Tokio, 3 Noyabr, /AJMEDIA/

Yaponiya hökuməti tam vaksin olunduqdan sonra işgüzar məqsədlə ölkəyə gələnlər üçün karantin müddətini 10 gündən 3 günə qədər azaltmağı planlaşdırır.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar noyabrın 8-dən qüvvəyə minəcək. Bildirilir ki, ilkin olaraq hökumət strukturları koroanvirusun yayılmasının qarşısını almaq məqsədilə ölkəyə yeni gələnlərdən 14 gün özünütəcriddə qalmağı xahiş edirdi. Oktyabrda həmin müddət “Pfizer”, “Moderna” və ya “AstraZeneca” vaksinlərindən birini tam qəbul edənlər üçün 10 günədək azaldılıb.

Yeni qaydalara görə, işgüzar məqsədlə Yaponiyaya gələnlərdən yalnız 3 gün özünütəcriddə qalmaları xahiş ediləcək. Dördüncü gündən başlayaraq, PSR testi mənfi olduğu təqdirdə həmin şəxslərə ictimai nəqliyyatdan istifadəyə, evdən kənarda yemək yeməyə icazə veriləcək. Lakin bu zaman həmin şəxslər biznes tərəfdaşı olduqları şirkətlər tərəfindən nəzarətdə saxlanmalıdırlar.
Həmçinin, rəsmi qurumlar əcnəbi tələbələrə də təhsil aldıqları məktəblər onların yaşadığı yerin qeydiyyatını aparacağı təqdirdə ölkəyə gəlməyə icazə verməyi planlaşdırırlar.

Hökumət, eyni zamanda, noyabrın sonlarından xaricdən gələnlərin gündəlik sayını 3500 nəfərdən 5 minədək artırmağı nəzərdə tutur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts