Yaponiya hökuməti Elm Şurası ilə bağlı islahatların yekun planını elan edib

Tokio, 7 dekabr , /AJMEDIA/

Yaponiya hökuməti ölkənin aparıcı akademik orqanı hesab edilən Elm Şurası ilə bağlı islahatların yekun planını elan edib.
AJMEDIA xəbər verir ki, bu barədə iqtisadiyyatın bərpası naziri Şiqeyuki Qoto Tokioda keçirilən mətbuat konfransında bəyan edib. Plana əsasən, Elm Şurası milli institut kimi fəaliyyət göstərməkdə davam edəcək. Şuranın əsas vəzifəsi yeni texnologiyaların tətbiqi və mühüm qlobal problemlərin həlli olacaq.
Bu sahədə tətbiq ediləcək yeni siyasət Şura üzvlərinin seçimi zamanı üçüncü tərəfin iştirakına da imkan yaradacaq. Belə ki, hazırkı dövrə qədər bu orqanın üzvlərinin seçilməsində yalnız hökumət və Şura iştirak edə bilərdi.
Bununla yanaşı, planda hökumətin Şuranın funksiyalarını artırmağı planlaşdırdığı da əksini tapıb. Bu orqanın fəaliyyətində aşkarlığı təmin etmək üçün onun işinə üçüncü tərəfin qiymət verməsi nəzərdə tutulur.
Ş.Qoto bildirib ki, hökumət planla əlaqədar yeni qanunun tezliklə parlamentin müzakirəsinə çıxarmaq niyyətindədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts