Yaponiya gələn həftədən COVID-19-a qarşı yerli həbin istifadəsinə başlayacaq

Tokio, 26 noyabr , /AJMEDIA/

Yaponiya noyabrın 28-dən COVID-19-a qarşı yerli istehsal olan həbin ölkə daxilində istifadəsinə başlayacaq.
AJMEDIA xəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə naziri Kato Katsunobu jurnalistlərə noyabrın 25-də təşkil edilən mətbuat konfransında məlumat verib. Bildirib ki, hökumət “Xocova” adlı həmin həbin kütləvi istifadəyə buraxılması barədə noyabrın 22-də qərar qəbul edib. COVID-19-a qarşı ilk yerli həb Yaponiyanın “Shionogi” əczaçılıq şirkəti tərəfindən hazırlanıb. Yeni həbin yüngül simptomlar zamanı da istifadəyə yararlı olduğu qeyd edilir.
Nazir bildirib ki, həbin artıq bir milyon nəfərin istifadəsi üçün ehtiyatı mövcuddur, onun hazırlanması və bölünməsi normal şəraitdə keçib. Əlavə edib ki, hökumət bu dərmanın dekabrın əvvəllərindən başlayaraq istifadəyə buraxılmasını nəzərdə tuturdu, lakin mövcud vəziyyət nəzərə alınaraq həbin noyabrın 28-dən istifadəyə buraxılması qərara alınıb.
Bildirilir ki, ilkin olaraq “Xocova”nın prefektura hökumətlərinin saytlarında qeydiyyatda olan 2900 səhiyyə müəssisəsinə verilməsi nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts