Yaponiya Cənubi Koreyaya sahil mühafizəsi xidmətinin hərəkətinə görə etirazını bildirib

Tokio, 10 sentyabr , /AJMEDIA/

Yaponiya Cənubi Koreyaya yapon tədqiqat gəmisindən Naqasakidən cənub-qərbdə apardığı tədqiqat işlərini dayandırmağı tələb edən sahil mühafizəsi xidmətinin hərəkətinə görə etirazını bildirib.
AJMEDIA xəbər verir ki, bu barədə sentyabrın 10-da NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Yaponiya Sahil mühafizəsinin tədqiqat gəmisi sentyabrın 9-da Naqasaki prefekturasına daxil olan Qoto arxipelaqına aid Mesima adasından 110 kilometr şimal-qərbdə araşdırma aparıb. Cənub Koreyanın sahil mühafizə xidməti bu ölkəyə məxsus sularda qeyri-qanuni tədqiqat işlərini dayandırmağı və ərazini tərk etməyi tələb edib.
Yaponiya tərəfi də öz növbəsində tədqiqatın ölkənin məxsusi iqtisadi zonasında aparıldığını bildirərək Cənubi Koreya gəmisindən ərazini tərk etməyi tələb edib.
Qeyd edilir ki, həmin rayonda avqustda başlamış tədqiqat işlərinin oktyabrda başa çatdırılması planlaşdırılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts