Tokio, 18 may, /AJMEDIA/
Naqasakinin hakimiyyət orqanları ABŞ tərəfindən şəhərə atom bombası atılmasının ildönümünü ilə bağlı keçiriləcək anım mərasiminə BMT-nin bütün üzv ölkələrinin nümayəndələrini dəvət etməyi planlaşdırır.
AJMEDIA xəbər verir ki, tədbirdə Rusiya və Belarusun, həmçinin KXDR-in nümayəndə heyətləri iştirak edə biləcəklər. 2025-ci ilin aprelində Hiroşima şəhərinin hakimiyyət orqanları da oxşar qərar qəbul edib.
Xatırladaq ki, II Dünya müharibəsinin sonlarında Yaponiyanın təslim olmasını sürətləndirmək məqsədilə ABŞ Hiroşima və Naqasakiyə atom bombaları atıb. Hiroşimaya atılan bomba həmin gün 100 minə yaxın insanın həyatına son qoyub. 1945-ci ilin sonunadək xəsarətlərdən və radiasiyadan ölənlər də daxil olmaqla, qurbanların sayı 140 minə yüksəlib. Bu günədək isə bombardmanın fəsadlarından 350 mindən çox insanın öldüyü bildirilir.