Yaponiya, ABŞ və Cənubi Koreyanın xarici işlər nazirləri Tayvan ətrafında vəziyyəti müzakirə ediblər

Tokio, 23 sentyabr , /AJMEDIA/

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi, ABŞ-ın dövlət katibi Entoni Blinken və Cənubi Koreyanın xarici işlər naziri Pak Çin Nyu-Yorkda, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Tayvan ətrafında vəziyyəti və Şimali Koreyanın nüvə sınaqları keçirməsi təhlükəsi ilə məsələlərini müzakirə ediblər.
AJMEDIA xəbər verir ki, bu barədə sentyabrın 23-də Kyodo agentliyi məlumat yayıb.
Qeyd edilir ki, tərəflər Koreya yarımadasında nüvə silahının ləğvi üçün əməkdaşlığı davam etdirəcəklərini bir daha təsdiq ediblər. Nazirlər, həmçinin Şimali Koreyanın nüvə qüvvələri haqqında qanunu qəbul etməsi ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.
Bundan əlavə, tərəflər Tokio, Vaşinqton və Seul arasında müdafiə sahəsində tərəfdaşlığın inkişafı barədə razılığa gəliblər.
Yaponiyanın xarici işlər naziri Y.Hayaşi öz növbəsində həmkarlarını Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının azad edilməsi məsələsinə yardım etməyə çağırıb. Agentliyin bildirdiyinə görə bu təklif E.Blinken və P.Çin tərəfindən dəstəklənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts