Yapon professor: Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində əsgərlərin həlak olması çox kədərləndiricidir

Tokio, 22 sentyabr , /AJMEDIA/

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi qarşıdurma və nəticədə əsgərlərin həlak olması çox kədərləndiricidir.
Bu sözləri AJMEDIA-ya sentyabrın ortalarında Azərbaycanla Ermənistan sərhədində baş verən münaqişəni şərh edən Kaişi Universitetinin professoru, “ajmedia.jp” portalının baş redaktoru Akira Matsunaqa deyib.
Yapon professor bildirib ki, əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə Azərbaycanla Ermənistan arasında sərhəd bölgəsində silahlı qarşıdurma yaşanıb. Çox təəssüf ki, həmin qarşıdurma nəticəsində hər iki tərəfdən əsgərlər həlak olublar. Münaqişə ilə əlaqədar yayılan məlumatları təhlil edərkən Azərbaycan tərəfinə qarşı haqsızlığın şahidi oluruq. Hesab edirəm ki, Ermənistanın sərhəddə qarşıdurma yaratması və nəticədə gənc əsgərlərin həlak olması çox məyusedici haldır.
Yapon professor əlavə edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqları azad etməsi bu ölkənin gücünü bütün dünyaya göstərdi. Belə olan halda biz Yaponiya olaraq çox ümid edirik ki, Azərbaycan və Ermənistan sülhə qovuşacaq və regional münaqişə geridə qalacaq. Ermənistan yaranmış şəraitdən istifadə edərək Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və dayanıqlı inkişafın mövcudluğu istiqamətində atdığı addımlara adekvat cavab verməlidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts