Tokio, 25 fevral, /AJMEDIA/
Yanvarda Azərbaycan MDB ölkələri arasında ən çox Ukraynaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AJMEDIA-ya bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Ukrayna, Rusiya və Belarusdur. Ukraynaya ixrac olunan məhsulların dəyəri 199,8 milyon ABŞ dolları, Rusiyaya 72,5 milyon dollar, Belarusa isə 2,9 milyon dollar olub.