Tokio, 11 oktyabr , /AJMEDIA/
Avtomobil dayanacağında baş verən güclü yanğın səbəbindən Londonun “Luton” aeroportunda bütün aviareyslər dayandırılıb.
AJMEDIA Reuters agentliyinə istinadla xəbər verir ki, yanğınsöndürmə xidmətinin məlumatına görə, ikinci terminalda bəzi konstruksiyalar dağılıb. Yanğının söndürülməsinə ondan çox yanğınsöndürən maşın cəlb edilib. Dörd yanğınsöndürən və hava limanının bir əməkdaşı tüstü zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
2022-ci ildə 13,3 milyon sərnişinə xidmət göstərən “Luton” aeroportu “Heathrow”, “Gatwick”, “Manchester” və “Stansted”dən sonra Böyük Britaniyanın ən böyük beşinci hava limanıdır.