Yağlı qidaların zərəri

Tokio, 3 yanvar , /AJMEDIA/

Düzgün qidalanmaq, orqanizmə zərər verən məhsullardan uzaq olmaq sağlamlığın əsas şərtlərindən biri sayılır. Qəbul edilən qidaların tərkibi nə çox yağlı, nə də çox duzlu olmalıdır. Mütəxəssislər bildirirlər ki, yeməyə aşırı dərəcədə yağ əlavə etmək düzgün deyil, çünki onların reaksiyası nəticəsində orqanizmdə ağır maddələr əmələ gəlməsi həyat üçün təhlükəli hesab olunur.
AJMEDIA xəbər verir ki, həkim-diyetoloq Məlahət Kərimova deyib: “Yüksək dərəcədə isidilmiş yağların üzərinə ət məhsulları atılması onun tərkibindəki zülalların yandırılaraq bişirilməsinə səbəb olur və bu zaman yağ ətin tərkibinə keçir. Həmin yeməklə qidalanma zamanı qaraciyərdə piylənmə əmələ gəlir. Aparılan bir çox araşdırmalar göstərir ki, piylənməyin əsas səbəblərindən biri bişirilmə texnologiyasının düzgün şəkildə aparılmamasıdır. Qaraciyər piylənməsi beyin funksiyalarının pozulmasına, həmin nayihədə oksigen tarazlaşmasının azalmasına və beyin toxumalarının iltihablanmasına səbəb olur”.
Yağlı yeməklərdən əlavə yağda qızardılmış qidalar da sağlamlıq üçün təhlükə mənbəyi hesab olunur. Hətta bəzən həmin yağlardan bir neçə dəfə istifadə edirlər.
Qida üzrə mütəxəssis Seymur Qafarov bildirir ki, bitki yağlarının təkrar istifadəsi qaraciyər xərçənginə səbəb ola bilər: “55 faiz kalori dəyərindən yüksək qidalar qaraciyərin ən əsas düşmənidir. Həmin qidaların qəbulu zamanı qaraciyərin ətrafı piy qatı ilə örtülür, onun funksiyalarını tam yerinə yetirməsinə, digər orqanlarla əlaqələrin pozulmasına və qarın boşluğu daxilində fəaliyyətinə əks təsir göstərir. Bununla yanaşı, dalaq və həzm sisteminin bağırsaqlarla əlaqəsini pozur”.
Mütəxəssislər yeməkdən dərhal sonra meyvə qəbul etməyi də məsləhət görmürlər. Qidanın asan və rahat həzmi üçün yeməkdən yarım saat sonra bitki çayı içilməsi tövsiyə olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts