Site icon AJMEDIA Azərbaycanca

Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub

Tokio, 20 fevral, /AJMEDIA/

Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

Exit mobile version