Site icon AJMEDIA Azərbaycanca

Xocalıda kütləvi məzarlıq aşkar edilib

Tokio, 8 fevral , /AJMEDIA/

İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.

AJMEDIA xəbər verir ki, Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Müvafiq qurumların nümayəndələri yerli və xarici jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçiriblər.

Exit mobile version