Site icon AJMEDIA Azərbaycanca

XİN: Ermənistan bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir

Tokio, 22 avqust , /AJMEDIA/

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmalı və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir.
AJMEDIA xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, avqustun 21-də Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan suallara cavabı zamanı BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclası və ümumilikdə müzakirələrin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirib

Exit mobile version