Xarici bazarlara tərəvəz ixracında 5,8 faiz artım qeydə alınıb

Tokio, 21 may, /AJMEDIA/

Azərbaycandan xarici bazarlara tərəvəz ixracında artım dinamikası davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AJMEDIA-ya bildirilib ki, bu ilin ilk dörd ayı ərzində tərəvəz ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım qeydə alınıb.

Yanvar-aprel aylarında xarici bazarlara 80,416,5 min ABŞ dolları dəyərində 71,466.1 ton tərəvəz məhsulları ixrac olunub.

İxrac olunan məhsullar arasında pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü və s. üstünlük təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts