“Xarıbülbülün Vətəni – Şuşa” adlı sərgiyə baxış keçirilib

Tokio, 23 noyabr , /AJMEDIA/

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları Milli Azərbaycan Tarix Muzeyində “Şuşa İli” çərçivəsində təşkil olunmuş “Xarıbülbülün Vətəni – Şuşa” adlı sərgi ilə tanış olublar.
İdarədən AJMEDIA-ya bildirilib ki, sərgidə Şuşa qalasının XIX əsrə aid gümüş açarları, Qarabağ xanlığının sikkələri, Qarabağ xanlarının silah kolleksiyası, şəhərin məşhur xadimlərinin əşyaları, etnoqrafiya nümunələri, qızıl, gümüş zinət əşyaları, ticarət və sənətkarlıq həyatını əks etdirən materiallar nümayiş olunub. Bununla yanaşı, sərgidə Birinci və İkinci Qarabağ müharibələri zamanı Şuşa şəhərinin müdafiəsində qəhrəmancasına şəhid olmuş əsgərlərin şəxsi əşyalarıda sərgidə yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts