Xarıbülbülün səsi” Vaşinqtonda eşidildi

Tokio, 5 may , /AJMEDIA/

Vaşinqtonun mötəbər Kennedi Mərkəzində ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi və Marşal İrsi İnstitutunun dəstəyi ilə “Xarıbülbülün səsi” adlı konsert proqramı təqdim olunub.
Xeyriyyə məqsədi daşıyan konsertdən əldə olunan bütün gəlir Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi üçün təlim görmüş itlərin maliyyələşdirilməsi üçün Marşal İrsi İnstitutuna köçürüləcəkdir.
Konsertdə tamaşaçı qismində ABŞ ictimai-siyasi dairələrinin nümayəndələri, konqres üzvləri, səfirlər, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və çoxsaylı amerikalılar iştirak ediblər.
Konsertdən əvvəl Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, Marşal İrsi İnstitutunun icraçı direktoru Elis Beker çıxış edərək Azərbaycan musiqisi barədə tamaşaçılara məlumat veriblər.
Sonra Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri, xalq artistləri Nəzakət Teymurova, Brilyant Dadaşova, Ənvər Sadıqov və Elşən Mənsurov, Əməkdar artist Abbas Bağırov, Arslan Növrəsli, Əliağa Sadıyev, Kamran Kərimov və digər incəsənət nümayəndələri Azərbaycan musiqisindən seçmə parçalar ifa ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts