Site icon AJMEDIA Azərbaycanca

Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi təşkil olunacaq

Tokio, 20 may , /AJMEDIA/

Mayın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində Opera Studiyasının konsert salonunda Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi təşkil ediləcək.
BMA-nın mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunacaq.
Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir. Bu gün dünyanın bir çox ölkələrində onun əsərləri böyük tirajla çap edilərək, satılır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Exit mobile version