Tokio, 6 noyabr , /AJMEDIA/
Vaqif Xaçaturyan hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur.
AJMEDIA xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev proses iştirakçılarını Xaçaturyan Vaqif Çerkezinin məhkəmə ekspertiza rəyləri barədə məlumatlandırarkən deyib. Bildirilib ki, Vaqif Xaçaturyanın məhkəmə tibbi müayinəsi zamanı ciddi aortal stenoz (qapaq darlığı), ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya, II dərəcə xroniki ütək çatışmazlığı, II mərhələ hipertoniya xəstəliyi, prediabet, qlükozaya qarşı tolerantlığın pozulması xəstəlikləri aşkarlanıb. Onda hazırda mövcud olan ciddi aortal stenoz (qapaq darlığı) xəstəliyi 2-3 il ərzində ciddi ağırlaşmalara səbəb ola bilər. Planlı qaydada 2-6 ay ərzində aortal qapağın protezləşdirilməsi cərrahi əməliyyatına ehtiyacı var. Əməliyyat vaxtınadək və əməliyyata planlı qaydada hazırlıq dövründə istintaq hərəkətlərinin aparılmasına tibbi cəhətdən maneə yoxdur.