Xəbərdarlıq: Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək

Tokio, 1 fevral , /AJMEDIA/

Fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AJMEDIA-ya verilən məlumata görə, fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts