“Warner Bros.” kinostudiyası yeni layihələr üzərində çalışır

Tokio, 9 mart , /AJMEDIA/

“Warner Bros.” və onun tərkib hissəsi olan “New Line Cinema” yenidən aktiv fəaliyyətə qayıdır.
AJMEDIA kinonews.ru saytına istinadla xəbər verir ki, rüblük hesabatın təqdimatı zamanı şirkətin baş direktoru David Zaslav “Üzüklərin hökmdarı: Güc üzükləri” fantastik filmi əsasında daha çox film çəkmək üçün yeni müqavilə imzalandığını qeyd edib.
“Warner Bros.” şirkəti hazırda intensiv olaraq yeni layihələr üzərində çalışır. Bu istiqamətdə yeni müqavilələr imzalanıb. Planda həmçinin 2024-cü ildə təqdim olunacaq “Üzüklərin Rəbbi: Rohirrimin müharibəsi” adlı cizgi filmi də var. Biz davamlı olaraq yeni layihələri diqqətdə saxlayacağıq”, -deyə David Zaslav bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts