Volodimir Zelenski: Ukraynanın Rusiyada baş verən təyyarə qəzası ilə heç bir əlaqəsi yoxdur

Tokio, 24 avqust , /AJMEDIA/

Rusiyada baş verən, içərisində “vaqnerçilər”in başçısı Yevgeni Priqojin və özəl hərbi şirkətin komandirlərinin olduğu ehtimal edilən təyyarə qəzası ilə Ukraynanın heç bir əlaqəsi yoxdur.
AJMEDIA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Portuqaliya lideri ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Dövlət başçısı Rusiya Federasiyasının Tver vilayətində bir gün əvvəl baş verən Yevgeni Priqojinin təyyarəsinin qəzasını şərh edib.
“Ukrayna təyyarələr baxımdan danışanda və dünya ölkələrinə müraciət edəndə biz bunu deyil, tamamilə ayrı məsələni nəzərdə tuturduq və dəstək istəyirdik. Yəqin ki, bu da hansısa mənada kömək olacaq. Birincisi, bizim bu vəziyyətlə əlaqəmiz yoxdur, bu dəqiqdir. Fikrimcə, bu məsələyə aidiyyəti olanlar hər şeyi dərk edirlər”, – deyə Zelenski bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts