Volodimir Zelenski: Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlanır

Tokio, 19 mart , /AJMEDIA/

Bir sıra Qərb ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır.
AJMEDIA TASS-a istinadla xəbər verir ki, bu barədə şənbə günü Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.
“Ukrayna üzrə təmas qrupunun növbəti görüşü keçirilib. Dostlarımız – Kanada, Almaniya, Fransa, Danimarka və Estoniyadan yeni müdafiə paketləri var. Buraya döyüş sursatı, tank və artilleriya aiddir”, – deyə o qeyd edib.
“Bu həftə bir sıra Qərb ölkələri Ukraynaya yeni hərbi yardım paketlərini açıqlayıb. Beləliklə, Kanada hava hücumundan müdafiə sistemləri üçün tanklar, raketlər göndərəcək. Ottava, həmçinin əvvəllər Kiyevə vəd edilmiş “Leopard 2” tanklarının ikinci partiyasını göndərməyə başlayıb. İsveç hökuməti Ukraynaya səkkiz “Archer” özüyeriyən artilleriya qurğusu vermək qərarına gəlib. Estoniya da öz növbəsində xüsusi təyinatlılar üçün snayper silahları və texnikasının partiyasını bağışlayacaq. Danimarka Ukraynaya 1 milyard kron (150 milyon dollar) dəyərində yeni hərbi yardım paketi verəcək”, – deyə TASS qeyd edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts