Volodimir Zelenski “Time” jurnalının versiyasına görə “İlin adamı” seçilib

Tokio, 8 dekabr , /AJMEDIA/

ABŞ-ın “Time” jurnalı Ukrayna Prezidenti Volodimir Zelenskini “İlin adamı” seçib.
AJMEDIA xəbər verir ki, bu barədə məlumat nəşrin saytında yer alıb.
“Volodimir Zelenskinin müharibə dövründə liderlik xüsusiyyəti cəsarətin sirayətedici olduğunu göstərib. Cəsarət həm də onun həmvətənlərinin – ukraynalıların mübarizə ruhunu müəyyən edib. Ukrayna xalqının çoxu döyüş meydanından qaçmayaraq tapa bildikləri silahlarla öz şəhərlərini rus işğalçılarından müdafiə etməyə başlayıb”, – “Time” nəşri qərarını bu ifadələrlə əsaslandırıb.
Qeyd edək ki, 2021-ci ildə jurnal “Tesla” və “SpaceX” kompaniyalarının sahibi İlon Maskı, 2020-ci ildə isə ABŞ Prezidenti Co Baydeni və vitse-prezident Kamala Harrisi “İlin adamı” seçmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts