Volodimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb

Tokio, 20 yanvar, /AJMEDIA/

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenlə görüşüb.

AJMEDIA xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat yayıb.

V.Zelenski görüşün nəticəsi olaraq bildirib ki, Ukrayna ABŞ arasında iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyir.

“ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar başa çatıb. Mən Ukrayna ətrafında vəziyyətin deeskalasiyası prosesində şəxsi iştirakınızı yüksək qiymətləndirirəm. Birləşmiş Ştatların effektiv siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Mən iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukraynasız Ukrayna ilə bağlı qərar olmayacaq”, – deyə Zelenski bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts