Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Tokio, 25 aprel, /AJMEDIA/

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Amerika Birləşmiş Ştatları Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçirilib.

AJMEDIA Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Rusiya tərəfini Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru, RF Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil ediblər.

Bu, V.Putin və S.Uitkoff arasında dördüncü görüşdür. Trampın xüsusi nümayəndəsi aprelin 25-də səhər saatlarında Moskvaya gəlib. Onların əvvəlki görüşü Sankt-Peterburqda baş tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts