“Vikipediya”nın ingilis dili bölməsində 20 Yanvar şəhidlərinin siyahısı ilə bağlı məqalə yaradılıb

Tokio, 21 yanvar, /AJMEDIA/

“Qorqud” Vikipediya Metodik Klubunun ekspert və könüllüləri tərəfindən “Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılması və əsaslı şəkildə redaktəsi davam edir.

AJMEDIA xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

O bildirib ki, klubun ekspertləri tərəfindən “Vikipediya”nın ingilis dili bölməsində “20 Yanvar şəhidlərinin siyahısı” adlı məqalə yaradılıb. Məqalədə hadisənin baş verməsi haqqında məlumatlar, şəhidlərin ad və soyadları, fotoları öz əksini tapıb. Məqalə etibarlı istinadlarla zənginləşdirilib.

Xatırladaq ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts