Site icon AJMEDIA Azərbaycanca

Venesuelada yanğın nəticəsində azı 10 nəfər həlak olub

Tokio, 24 iyul , /AJMEDIA/

Venesuelanın Suliya ştatındakı Xesus-Mariya-Semprum bələdiyyəsində fərdi evlərin birində baş verən yanğın nəticəsində azı 10 nəfər həlak olub.
AJMEDIA xəbər verir ki, bu barədə şənbə günü yerli “El Nacional” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, həlak olanlar arasında iki azyaşlı uşaq və hamilə qadın var. Yanıq xəsarətləri alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində xilasedicilər işləyir, hakimiyyət orqanları yanğının səbəbini araşdırır.

Exit mobile version