Vaxtında yetişən qarpız-yemiş orqanizm üçün faydalıdır

Tokio, 20 may , /AJMEDIA/

May ayı olsa da, bazar və marketlərdə qarpız və yemiş satışına başlanılıb. Mövsümündən əvvəl satışa çıxarılan həmin məhsullar mineral gübrələrin köməyi ilə yetişdirilir. İki ay yarım ərzində ərsəyə gələn qarpız üçün lazım olan istilik məhz iyul-avqust aylarında olur. Ona görə də mütəxəssislər mayda həmin məhsulu yeməyi tövsiyə etmirlər.
AJMEDIA xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynova deyib: “Hazırda satışda olan qarpız və yemişlər təbii şəkildə yetişməyən, süni maddələr, nitratlar və kimyəvi maddələr hesabına əmələ gələnlərdir. Normal halda qarpış-yemiş tərkibinə görə çox zəngin və xeyirlidir. Onun insan orqanizminə bir çox faydaları var, çünki həm vitamin-mineral dəyəri olaraq, həm də lif baxımından çox faydalıdır. Ancaq hazırda satışa çıxarılan məhsulların tərkibində vitamin və mineral dəyəri yoxdur və ya çox az miqdardadır. Eyni zamanda tərkibindəki nitrat və kimyəvi maddələr sağlamlıq üçün zərərlidir”.
Qida texnoloqları aqrokimyəvi maddələrlə yetişdirilən həmin giləmeyvələrin tərkibindəki nitrat miqdarının normadan iki dəfə artıq olduğunu deyirlər. “Həmin məhsulların qəbul edilməsi xüsusilə həzm sistemində pozulmalara səbəb olur, eyni zamanda, maddələr mübadiləsinin sürətinin yavaşımasına, bununla yanaşı qanda zəhərlənməyə səbəb olur. Doğrudur, bəzən immun sistemi güclü olanlarda bəzən bu, özünü göstərmir, yaxud da daxili əlamətlərlə özünü göstərir. Ancaq uşaqlarda, xroniki xəstəliyi olanlarda, immun sistemi zəif olanlarda müxtəlif əlamətlərlə özünü göstərir və bu, kəskin zəhərlənmə və ölümə qədər gətirib çıxara bilər”, – deyə müsahibimiz bildirib.
Hər şey vaxtında və qədərində gözəldir. Ona görə də həmin nemətləri vaxtında və tam yetişmiş halda dadmaq lazımdır ki, onun ziyanını yox, faydasını görəsən

Follow us on social

Facebook Twitter Youtube

Related Posts