“Vaxtı keçmiş” elmi-fantastik filminin treyleri nümayiş olunub

Tokio, 22 yanvar, /AJMEDIA/

“Mystery Road” və “Goldstone” kimi əsərləri ilə tanıdığımız rejissor İvan Senin yeni “Vaxtı keçmiş” (Expired) filminin treyleri paylaşılıb.

AJMEDIA xəbər verir ki, filmin baş rollarını məşhur avstraliyalı aktrisa Jillian Nguyen və “Üzüklərin hökmdarı”, “Matrix” kimi filmlərdə rol almış usta aktyor Hüqo Uivinq ifa edirlər.

Film distopik bir gələcəkdə Honq-Konqda baş verən hekayədən bəhs edir. Filmdə sui-qəsdçi Cekin yolu bir gecə klubu müğənnisi April ilə kəsişir. Aprilə olan cazibəsi getdikcə artan Cekin, sağlamlığı müəmmalı şəkildə pisləşməyə başlayır.

Doktor Berqman Cekin hər kəsdən gizlətdiyi sirrini açır və öz qaranlıq keçmişi ilə üzləşməyə məcbur edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts