Tokio, 06 may, /AJMEDIA/
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə mayın 6-da keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər dindirilir.
AJMEDIA xəbər verir ki, zərərçəkmiş şəxs qismində tanınan Sadiq Baxşıyev ifadə verib. O, ifadəsində Ağdərə rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldığını bildirib. Onun aldığı xəsarət sağlamlığa ağır zərərvurmaya aiddir.
Məhkəmə prosesində zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi də elan edilib.