Vanuatu sahillərində 5,9 bal gücündə zəlzələ olub

Tokio, 3 yanvar, /AJMEDIA/

Yanvarın 3-də Sakit okeanda, Vanuatu sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin təqribən 1100 nəfərin yaşadığı Solodan 104 kilometr şimal-qərbdə və 36 min nəfərin yaşadığı Port Viladan 527 kilometr şimal-qərbdə, ocağının 137 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts