Tokio, 21 iyul , /AJMEDIA/
Bütün dünyada koronavirusa yoluxanların sayının artması fonunda dünya birliyi koronavirusun yeni variantlarının yaranmasına hazırlaşmalıdır.
AJMEDIA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bu sözləri brifinqdə söyləyib.
ÜST-nin baş direktoru deyib: “Son altı həftədə dünyada COVID-19 xəstəliyinə yoluxma hallarının qeydiyyata alınmış sayı hər həftə təqribən iki dəfə artıb. Məlumdur ki, koronavirusun hər hansı gələcək variantının geniş yayılması üçün o, daha transmissiv olmalıdır. Lakin bu variantın nə dərəcədə ölümsaçan olduğunu bilmək mümkün deyil. Ona görə bütün ölkələr yeni variantlara hazır olmalıdır”.
Gebreyesus dünya ölkələrini koronavirusun profilaktikasında mövcud boşluqlara, xüsusən virusun yayılmasının monitorinqinə, əhalinin peyvəndlənməsinə və dava-dərman təchizatına diqqət yetirməyə çağırıb.