Uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb

Tokio, 6 iyul , /AJMEDIA/

Fransanın paytaxtı Parisdə keçirilən onlayn “Nouvelles Etoiles” beynəlxalq müsabiqəsində Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin piano ixtisası üzrə 5-ci sinif şagirdi Zəhra Aslanlı uğur qazanıb.
Baş İdarədən AJMEDIA-ya bildirilib ki, beynəlxalq müsabiqələr laureatı olan Zəhra, 10-12 yaş kateqoriyasında 100 baldan 80 bal toplayaraq, II yerə layiq görülüb və diplomla təltif olunub. İstedadlı şagirdin müəllimi Gülnar Mirzəyeva təşəkkürnamə ilə təltif edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts