Urmiya gölünün 95 faizi quruyub

Tokio, 14 iyul , /AJMEDIA/

Hazırda İranın şimal-qərbində Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında yerləşən Urmiya gölünün suyunun 95%-i quruyub.

AJMEDIA-nın məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Əmir Abbas Cəfəri Təkab şəhərində keçirilən tədbirdə deyib.

Ə.Cəfərinin sözlərinə görə, təxminən ötən 20 il ərzində hər il gölün su səviyyəsi orta hesabla 40 santimetr azalıb.

Cəfəri əlavə edib ki, quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının qeyri-məntiqi şəkildə inkişaf etdirilməsi və Urmiya gölünün suyundan qeyri-düzgün şəkildə istifadə edilməsi gölün qurumasının əsas səbəblərindəndir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts