Site icon AJMEDIA Azərbaycanca

UNESCO: Beynəlxalq Çay Günündə Azərbaycanın zəngin çay süfrəsi təqdim olunub

Tokio, 21 iyun, /AJMEDIA/

UNESCO-nun mənzil qərargahında IV Beynəlxalq Çay Günü qeyd olunub.

AJMEDIA xəbər verir ki, UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə Fransa-Azərbaycan Dialoqu və Toğrul Nərimanbəyov assosiasiyalarının təşkil etdiyi Azərbaycan çay süfrəsi stendinin hazırlanmasına UNESCO yanında Daimi Nümayəndəlikdə qatılıb.

Azərbaycan stendinin ziyarətçiləri milli şirniyyatlarla çaya qonaq ediliblər.

IV Beynəlxalq Çay Günündə Qazaxıstan, Özbəkistan, Mərakeş, Türkiyə, Şri-Lanka, Çin, Monqolustan kimi bir çox ölkələr qatılıb.

Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə təşkil olunub. Tədbirdə Azərbaycan və Türkiyə çay stendləri daha çox diqqəti cəlb edib. Tədbirin bədii hissəsində iştirakçı ölkələrin milli musiqiləri ifa olunub.

Exit mobile version