UNEC QS dünya universitetləri reytinqində 501-530-cu oldu

Tokio, 23 mart , /AJMEDIA/

QS Dünya Universitetləri Reytinqi (World Universıty Rankings) sahələr üzrə reytinqini açıqlayıb.
Azərbaycan Dövlət İqtisadi Universiteti (UNEC) ilk dəfə olaraq, iqtisadiyyat və ekonometrika üzrə dünyada ən yaxşı 501-530 universitetlər qrupuna yüksəlib.
Bu barədə AJMEDIA-ya UNEC-dən məlumat verilib. Bildirilib ki, bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalənin, 2016-2021-ci illərdə 117,8 milyon istinadın QS tərəfindən təhlili nəticəsində müəyyən edilib. Qiymətləndirmə zamanı 2018-2022-ci illərdə dünya üzrə 151 min elm adamının və 99 mindən çox qlobal işəgötürənin də səsi nəzərə alınıb.
Reytinq qiymətləndirməsi akademik reputasiya, işəgötürənlər reputasiyası, elmi nəşrlərə istinadlar, H indeksi və beynəlxalq tədqiqat şəbəkələşməsi (International Research Network) olmaqla, 5 müxtəlif kateqoriya üzrə aparılan analizlərin nəticəsində hesablanır. UNEC-in ilk dəfə yer tutduğu iqtisadiyyat və ekonometrika sahəsi də sözügedən beş istiqamət üzrə ayrı-ayrılıqda hesablanan nəticələr əsasında müəyyənləşib.
Ümumilikdə 2023-cü ildə QS Dünya Universitetlər Reytinqi 1594 ali təhsil müəssisəsi üzrə 54 fərdi fənn istiqaməti əsasında dünyanın ən yaxşı universitetlərini sıralayıb. Bu il reytinq sıralarında ən çox ABŞ, İngiltərə, Çin, Fransa və Hindistanda yerləşən ali təhsil müəssisələri yer tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts