UNEC-in magistraturasına əcnəbilərin sənəd qəbuluna başlanılıb

Tokio, 13 yanvar , /AJMEDIA/

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-cü tədris ilinin yaz semestrindən magistratura pilləsi üzrə əcnəbilərin sənəd qəbulu elan olunub.
UNEC-dən AJMEDIA-ya bildirilib ki, əcnəbilərin seçimindən asılı olaraq, tədris Azərbaycan, ingilis, türk və rus dillərində aparılır. Qəbul elektron formada həyata keçirilir. Namizədlər https://portal.edu.az/ və http://kabinet.unec.edu.az/az internet səhifələri vasitəsilə müraciətlərini tamamlamalıdırlar.
Sənəd qəbulu fevralın 10-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts