UNEC-in əcnəbi tələbələri Şuşada olublar

Tokio, 17 noyabr , /AJMEDIA/

Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və digər ali təhsil müəssisələrinin əcnəbi tələbələri “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində Şuşaya səfər ediblər.
UNEC-dən AJMEDIA-ya bildirilib ki, səfərdə Türkiyə, Maldiv, Çin Xalq Respublikası, Tanzaniya və Sudan vətəndaşları olan tələbələr iştirak ediblər. Səfər çərçivəsində əcnəbi tələbələrə Şuşanın zəngin təbiəti, mədəni və tarixi irsi, eləcə də Bülbülün, Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin tarixi barədə məlumat verilib. Tələbələr Şuşa qalasını, Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü ziyarət ediblər. İşğalçılar tərəfindən dağıdılmış tarixi abidələri, mədəniyyət və təhsil ocaqlarını görən tələbələr rastlaşdıqları acı mənzərədən təəssüf hissi keçiriblər.
Səfər əcnəbi tələbələrin Cıdır düzündə sülh və dostluğun tərənnümü olaraq Azərbaycan Bayrağı ətrafında toplaşması və birlikdə “Biz Şuşanın səfiriyik” şüarını səsləndirməsi ilə başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts