Tokio, 21 oktyabr, /AJMEDIA/
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) süni intellektlə bağlı bakalavriat və magistratura səviyyələrində 21 fənn tədris olunur.
UNEC-dən AJMEDIA-ya bildirilib ki, süni intellekt fənninin tədrisi üçün xaricdən müəllimlər dəvət olunub. Əsasən Yaponiya və Hindistanın qabaqcıl universitetlərindən təcrübəli mütəxəssislər, müəllimlər gəliblər.
Süni intellekt fənni ilə bağlı UNEC-də 9-dan çox təkmilləşdirilmiş laboratoriya fəaliyyət göstərir.