Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Tokio, 29 aprel , /AJMEDIA/

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə ağacəkmə aksiyası təşkil edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri iştirak ediblər.
Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək orada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun yeni ağaclar əkilib. BŞİH və komitə tərəfindən sabah və gələn həftə minlərlə yeni ağac əkiləcək.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən aksiya bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Yaz mövsümü ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts