Site icon AJMEDIA Azərbaycanca

Ümumdünya Şahmat Olimpiadası: Qadın komandamız Rumıniya yığması ilə heç-heçə edib

Tokio, 7 avqust , /AJMEDIA/

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
AJMEDIA xəbər verir ki, bu gün keçirilən 8-ci turda qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) Rumıniya şahmatçıları ilə heç-heçə ediblər.
Qeyd edək ki, kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) 8-ci turda Qazaxıstan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.
Olimpiadada kişilərin yarışında 188, qadınların yarışında 162 ölkədən komandalar mübarizə aparır.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Exit mobile version