Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Qazaxıstan və Rumıniya təmsilçiləri ilə qarşılaşacaqlar

Tokio, 6 avqust , /AJMEDIA/

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
AJMEDIA xəbər verir ki, bu gün keçiriləcək 8-ci turda kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Qazaxıstan, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) isə Rumıniya şahmatçıları ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, yeddi turdan sonra hər iki komandamızın aktivində 11 xal var. Kişi şahmatçılarımız turnir cədvəlinin 11-ci, qadın təmsilçilərimiz isə 6-cı pilləsində qərarlaşıblar

Follow us on social

Facebook Twitter Youtube

Related Posts