Ümumdünya İrs Şəhərləri Təşkilatının iclasında rəqəmsal texnologiyaların tətbiqi məsələləri müzakirə olunub

Tokio, 2 Oktyabr, /AJMEDIA/

Ümumdünya İrs Şəhərləri Təşkilatının Mərkəzi və Şərqi Avropa Katibliyinin Rəqəmsallaşdırma və İqlim mövzusunda iclası keçirilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AJMEDIA-ya bildirilib ki, tədbirdə idarənin İdarə Heyətinin sədri Əsgər Ələkbərov da iştirak edib və bu sahədə təmsil etdiyi qurumun təcrübəsini bölüşüb.

İclasda Ümumdünya İrs Şəhərləri Təşkilatının Mərkəzi və Şərqi Avropa Katibliyinin ötən müddət ərzində gördüyü işlərə dair hesabatın təqdim olunması ilə yanaşı, hazırda tarixi şəhərlərin rəqəmsal texnologiyaların tətbiqi və iqlim dəyişmələrinin önlənməsi istiqamətində gördüyü islər müzakirə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts