Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr edilən minifutbol turnirinin püşkü atılıb

Tokio, 9 noyabr , /AJMEDIA/

Gənclər və İdman Nazirliyi və AFFA-nın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş dövlət qurumları arasında minifutbol turnirinin püşkü atılıb.
AJMEDIA xəbər verir ki, noyabrın 19-dan gələn il mayın 6-dək davam edəcək yarışda 48 komanda birincilik uğrunda mübarizə aparacaq. AZƏRTAC-ın komandası da mükafatlar uğrunda yarışacaq.
Püşkə əsasən, ilkin mərhələdə komandalar hər birində 12 kollektiv olan 4 qrupda mübarizə aparacaqlar. AZƏRTAC-ın komandası C qrupunda Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər, Müdafiə nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Statistika Komitəsi, Bakı Metropoliteni, Şəhərsalma və Arxitektura Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi və “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birgə gücünün sınayacaq.
On bir oyundan ibarət ilkin mərhələyə gələn il fevralın 26-da yekun vurulacaq. Qrupda ilk səkkiz pillədə qərarlaşan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bir oyundan ibarət pley-offun qalibi olan komandalar ikinci mərhələyə yüksələcəklər. Pley-off mərhələsinin oyunları martın 4-26-da keçiriləcək. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və bu raundun oyunları aprelin 1-dən 23-dək təşkil olunacaq. Qrup qalibi olacaq komandalar “Dördlər finalı”nda iştirak hüququ əldə edəcəklər. Bu mərhələdə qalib gələn komandalar birinci, məğlublar isə üçüncü yer uğrunda matça çıxacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts