Site icon AJMEDIA Azərbaycanca

Ukraynanın Sum vilayətində 20 min insanın təxliyəsinə zərurət var

Tokio, 9 avqust, /AJMEDIA/

Ukraynanın Sumi vilayətindən mülki əhalinin təxliyəsi davam edir. İlkin hesablamalara görə, 20 minə yaxın sakinin təhlükəsiz yerlərə daşınmasına ehtiyac var.

Bu barədə AJMEDIA Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Qeyd edilir ki, polis qrupları və Fövqəladə Hallar üzrə Dövlət Xidməti köçürülənləri, xüsusilə uşaqlı ailələri və yaşlıları daşıyır və müşayiət edir. Polis əməkdaşları təxliyə kolonlarını müşayiət edir, toplanma yerlərində qayda-qanunu təmin edir və vətəndaşlara yardım göstərirlər.

“Toplanış yeri, vaxtı və təxliyə üçün qeydiyyat haqqında ətraflı məlumatla bağlı icma sədrləri və ağsaqqallarına müraciət edin”, – deyə məlumatda bildirilir.

Exit mobile version